Suallar
Cavablar

Xidmətlərimiz və daşınma şərtləri ilə bağlı bütün suallarınıza burada cavab tapa bilərsiniz

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən (Nazirlər Kabinetinin qəbul etdiyi 305 №-li qərarın 2.1.4-cü bəndini rəhbər tutaraq), fiziki şəxslər 30 gün müddətinə fiziki dəyəri 1000 ABŞ dolları ekvivalentindən artıq olmayan yük ölkəyə idxal edə bilər. Fiziki dəyər 1000 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir. 1000 ABŞ dolları limitinə əşyanın öz dəyərı və daşınma haqqı daxildir. Zəhmət olmasa, sifariş verərkən diqqətli olun və AZEX.AZ saytının Sizlər üçün yaratmış olduğu “SON 30 GÜN ƏRZİNDƏ” bölməsini nəzarətdə saxlayın. “Son 30 gün ərzində“ bölməsində Sizin AZEX.AZ vasitəsi ilə 30 gün ərzində ölkəyə idxal etdiyiniz əşyanın fiziki dəyəri yer almaqdadır.

Saytımızda qeydiyyatdan keçdikdən sonra Türkiyədə adres sahibi olursunuz. Şəxsi kabinetinizdə yer alan “ÜNVANLARIM” bölməsinə daxil olaraq Türkiyədəki adresinizi görə bilərsiniz. Hər hansı saytda alış-veriş zamanı teslimat adresi bölməsinə adresinizi sizə təqdim etdiyimiz formada doldurmağınız xahiş olunur. Adresi saytımızda olduğu kimi qeyd etmədiyiniz təqdirdə, məhsul Türkiyə anbarına qəbul olunmayacaqdır.

Türkiyədən iri ölçülü məhsul sifariş edərkən diqqətli olun. Sifariş olunan məhsulun qablaşdırılmasında bir tərəfinin ölçüsü (en, uzunluq və hündürlük) 100 santimetr və ya 100 santımetrdən çox olarsa həmin bağlamanın çatdırılması fiziki çəki ilə deyil, həcmi çəki ilə hesablanacaqdır. Bağlamanızın daşınma qiymətini dəqiq hesablamaq üçün kalkulyator bölməsindən istifadə edə bilərsiniz.

Xahiş edirik sifariş verərkən diqqətli olun.

Beynəlxalq Hava Daşımaları qaydalarına əsasən, təyyarələrdə daşınan yüklərin çəkisi ölçülərindən aslı olaraq iki cür hesablana bilər:

Fiziki çəki;

Həcm çəki.

Bağlamların ölçüləri böyük olduqda (təyyarədə daha çox yer tutduğuna görə) əvvəlcə hər iki çəki hesablanır, daha sonra göstəricisi böyük olan çəki daşınma çəkisi kimi seçilir. Təyin olunmuş qaydalara əsasən həcm çəkisi aşağıdakı kimi hesablanır:

(En (sm) x Uzunluq (sm) x Hündürlük (sm) ) / 6000 = Həcm çəkisi (kg)

Onlayn satış mağazasında alış tamamlandıqdan sonra müəyyən vaxta bağlama müştərinin qeyd etdiyi ünvana çatdırılır. Bunun üçün bağlama yerli poçt xidmətinə verilir. Bağlamanın satıcının ünvanından anbarımıza çatdırılması, satıcının yerləşdiyi ünvandan aslı olur. Bağlama anbara çatdırılmamışdan əvvəl AZEX.az-ın müştərinin yükü haqqında məlumatı olmur və şirkət yük anbara təhvil verilənədək heç bir öhdəlik daşımır. Bağlama Türkiyə anbarımıza daxil olduqdan sonra şəxsi kabinetinizdə “Türkiyə anbarında” bölməsində öz yerini alır və növbəti reyslə Azərbaycana göndərilir.

Qeydiyyat zamanı təqdim olunan məlumatın düzgünlüyü və dəqiqliyindən əmin olun. Şəxsi məlumatlarınızı yeniləmək üçün Şəxsi kabinetinizdə yer alan “Tənzimləmələr” bölməsindən yeniləyə bilərsiniz. Məlumatınızı yenilədikdən sonra YADDA SAXLA düyməsinə klik edərək məlumatları yadda saxlaya bilərsiniz.

Bağlamaların göndərişi həftədə 2 dəfə həyata keçirilir. (Reys yerli saat ilə 18:00-da bağlanır).

1-ci reys Bazar ertəsi günü bağlanır. Bağlamalar Çərşənbə günü müştərilərə təhvil verilir;

2-ci reys Cümə axşamı günü bağlanır. Bağlamalar Şənbə günü müştərilərə təhvil verilir;

Qadağan olunmuş yüklərin siyahısını aşağıdakı linkdən baxa bilərsiniz.

• Yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika.

• Radioaktiv maddələr.

• Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat.

• Əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar.

• Narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar.

• Canlı heyvanlar

• Bitki və toxumlar

• Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.

• Xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat.

• Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.

• Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.

• Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar

Türkiyənin bir çox onlayn alış-veriş saytı xarici ölkələrin bank kartlarını qəbul etməməkdədir.Biz öz müştərilərimizin rahatçılığını düşünərək “MƏNİM ÜÇÜN AL” xidmətini yaratdıq.

Hər hansı bir malın alınmasında çətinlik çəkdiyiniz təqdirdə bununla bağlı bizə müraciət edə bilərsiniz.

Biz bu xidmətlə həmin malın həm alınmasını həm də Bakı şəhərinə çatdırılmasını təşkil edirik.

Qeyd edək ki, məhsul bizim tərəfimizdən alınarsa, 5% bank xərci hesablanır.

Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 14, Qapı 1 ( Nizami metrosunun yaxınlığı, Ağ çiçəyim gül salonu ilə üzbəüz)

Bazar ertəsi - Şənbə: 10:00-22:00 Bazar günü: 10:00-13:00