Məxfilik şərtləri
Azexpress MMC müştərilərinin şəxsi məlumatlarının qorunmasına cavabdehdir.
Şəxsi məlumat deyərkən Azexpress MMC müştərilərinin www.azexpress.az'a təqdim etdikləri məlumatlar nəzərdə tutulur.
Ümumi şərtlər:
Azexpress MMC aşağıda qeyd edilən məqsədlər ilə müştərinin şəxsi məlumatlarını istifadə edə və ya açıqlaya bilər:
-Xidmət seçimlərinizi təyin etmək üçün;
-İnformasiya, təbliğat, məhsul və xidmətlər, yenilənmiş marketinq və reklam materiallarını sizə göndərmək üçün və ya Azexpress MMC-in maraqlarını qorumaq üçün;
-Problemli məsələlərin həlli üçün;
-Sizin maraqlarınıza uyğun olduğunu düşündüyümüz, Azexpress MMC-nin xidmətləri və ya üçüncü tərəfin xüsusi təkliflərini təbliğ etmək üçün;
Azexpress MMC qeydiyyat formasında tələb edilən şəxsi məlumatları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tələblərinə və ehtiyaclarınıza uyğun daha yaxşı xidmət göstərmək məqsədi ilə toplayır.
Təhlükəsizlik şərtləri:
Azexpress MMC şəxsi məlumatların səhvən silinməsi və ya açıqlanmaması üçün Şəxsi Məlumatların gizliliyi və təhlükəsizliyini qorumaq məqsədilə təşkilati və texniki addımlar da daxil olmaqla bütün ehtiyat tədbirlərinin görülməsindən məsuliyyət daşıyır.
Müştəri Qeydiyyat Formasında tələb edilən məlumatlara verilən cavablara görə məsuliyyət daşıyır. Qeydiyyat bölməsində tələb edilən, məlumatların natamam və ya qeyri-dəqiq doldurulmasının nəticəsində, müştəriyə göstərilən xidmət, dayandırıla və ya xidmət tamamilə sonlandırıla bilər.