"Mənim üçün Sifariş Et" xidməti. "Sifariş et" xidməti nədir? Bu xidmətdən istifadə etdiyiniz zaman Türkiyə sifarişlərinizi biz həyata keçiririk. Türkiyə saytlarından bəyəndiyiniz məhsulun linkini bizimlə bölüşməyiniz kifayətdir. Xidmət tamamilə ödənişsiz və əlavə komissiyasızdır.
Bəzən sifarişiniz satıcı firma, yəni sifariş etdiyiniz online mağaza tərəfindən ləğv edilir. Əgər sifariş Azex Karqo şirkəti tərəfindən edilibsə və onlayn mağaza sifarişin ləğvi barədə şirkətə məlumatlandırma emaili göndəribsə, şirkət də sifarişçiyə bu barədə məlumat verir. Bəzən onlayn mağazalar sifarişi ləğv etmə səbəbi barədə heç bir məlumat vermir, həmin vaxt Azex Karqo şirkəti də sifarişçiyə yalnız sifarişin ləğv olunması barədə məlumatı çatdırır və ödəniş məbləğini geri qaytarır.
Beynəlxalq Hava Daşımaları qaydalarına əsasən, təyyarələrdə daşınan yüklərin çəkisi ölçülərindən aslı olaraq iki cür hesablana bilər: Fiziki çəki; Həcm çəkisi. Bağlamların ölçüləri böyük olduqda (təyyarədə daha çox yer tutduğuna görə) əvvəlcə hər iki çəki hesablanır, daha sonra göstəricisi böyük olan çəki daşınma çəkisi kimi seçilir. Təyin olunmuş qaydalara əsasən həcm çəkisi aşağıdakı kimi hesablanır: (En(sm) x Uzunluq(sm) x Hündürlük(sm))/6000 = Həcm çəkisi (kg)
Azex.az saytında bəyannamə növbəti şəkildə doldurulur: İnvoysu sifariş etdiyiniz saytda "sifarişlər" bölməsindən və ya mailinizdan(order confirmation) əldə edə bilərsiniz. İnvoysda məhsulun adı, qiyməti, sayı və ödənilən ümumi məbləğ kimi məlumatlar mütləq qeyd olunmalıdır. "Bəyan et" bölməsindən bəyannamə satıcı bağlama üçün trek nömrə təqdim etdiyi andan anbara təhvil verilənə qədər doldurula və invoys əlavə oluna bilər.
Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra, alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya trek nömrəsi təyin edir. Trek nömrə bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır. Trek nömrə hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır. Bağlamanız daşıyıcı şirkərin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər. Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir. 300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir. Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır. Xahiş edirik, sifariş verərkən diqqətli olun!
Daşınması qadağan olan məhsullar: